Ronaldo agentinə Yunanıstandan ada bağışlayıb

3 Avqust 2015 21:00 (UTC+04:00)

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo agenti Jorje Mendeşin toy mərasiminə özünəməxsus hədiyyə edib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Ronaldo təntənəli mərasimdə Mendeşə Yunanıstandan aldığı ada bağışlayıb. 

Mendeş sevgilisi Sandra Barbossa ilə nikaha girdiyi mərasimdə Ronaldonu özünə şahid seçib. Ona bağışlanılan adanın qiyməti 10-50 milyon avro arasındadır. Mendeşin yaxın günlərdə adaya gedərək ora yeni ad seçəcəyi və bəzi yatırımlar edəcəyi gözlənilir. 

Qeyd edək ki, burada Mourinyo, Anhel Di Maria, Diyeqo Koşta De Xea, Falkao və Xames Rodriqez kimi isimlərin də iştirak etdiyi deyilir. Mendeşin hazırki sərvəti 100 milyon avro civarında dəyərləndirilir.