Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru yeni vəzifəyə təyin edilib

3 Avqust 2015 23:00 (UTC+04:00)

Elnur Abdullayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi postuna gətirilib

Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub. Nazir Ziya Məmmədovun avqustun 3-da imzaladığı əmrlə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, yeni təyinata qədər E.Abdullayev "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin baş direktoru vəzifəsində çalışıb.