Ürək masajının icadçısı həyatını itirdi

4 Avqust 2015 15:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Kardiyopulmoner Resusitasyon - Ürək masajı- texnikasının icadçısı həkim Ceyms Jude, 87 yaşında həyatını itirib.


Ürək masajını - sinənin ortasına əllə ritmik olaraq təzyiq tətbiq edərək ürəyi yenidən işlədə bilmə üsulu tibb dünyasına qazandıran həkim Ceyms Jude olub.


2011-ci ildən bəri Parkinson müalicəsi görən ABD-li cərrah, dünyada milyonlarla adamın həyatını qurtaran ürək masajı texnikasının icadçısı olaraq bilinirdi.


Ceyms Jude ürək masajını, 1950-ci ilin sonlarına doğru Johns Hopkins Universitetində araşdırma işçisiykən kəşf edib.


Kardiyopulmoner Resusitasyon (CPR) olaraq da bilinən üsulun banisi, uzun illər Miami Universiteti Tibb Fakültəsi və Jackson Memorial Xəstəxanasında Sinə və Ürək Damar Cərrahiyyəsi Bölümü başçısı olaraq vəzifə yerinə yetirmişdi.


Amerika Ürək Dərnəyi, 1963-cü ildə Judeun inkişaf etdirdiyi CPR texnikasını rəsmən təsdiqləyib. Jude, 1971-2000 tarixləri arasında bir çox xəstəxanada ürək əməliyyatları edib.