Bakıda bu gün dəhşətli isti olacaq - Diqqətli olun!
4 Avqust 2015 11:20 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Movqe.az-a verilən məlumata
görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin
günəşli olacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27, gündüz 33-38,
bəzi yerlərdə 40, Bakıda gecə 25-27, gündüz 37-39 dərəcə isti
olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət
gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna,
Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30
dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 04-də hava şəraitinin yağmursuz
keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi
əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 43,
dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.