Biləsuvarda qadını elektrik cərəyanı vuraraq öldürüb

4 Avqust 2015 13:35 (UTC+04:00)

Biləsuvarda qadını elektrik cərəyanı vurub. Movqe.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, Biləsuvar rayonunun 6 saylı qəsəbə sakini Aynişan Vəliyeva yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.