Azərbaycan şirkəti İranda zavod tikmək istəyir

4 Avqust 2015 13:45 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bunu İran-Azərbaycan hökumətlərarası komissiyasının üzləri arasında görüşdə İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.


Ş.Mustafayev bildirib ki, Azərbaycanın 6 şirkəti qarşılıqlı sərmayələr sahəsində İranla əməkdaşlıq edir: "Şirkətlərin biri İranda zavod tikmək istəyir. Bəzi problemlər var. Onun həlli üçün də Ticarət Palatasında danışıqlar aparılacaq. "Iran Khodro" şirkəti də Azərbaycanda zavod tikmək istəyir. Biz bunu alqışlayırıq və yer verməyə hazırıq".


O, qeyd edib ki, İran və Azərbaycan əczaçılıq, turizm və viza sahəsində əməkdaşlığı davam etdirir.


Nazir əlavə edib ki, 2013-cü ildə Azərbaycandan İrana 500 min turist gəlmişdisə, 2014-cü ildə 800 min turist gəlib ki, bu da böyük göstəricidir.