Bakıda piyadaları vurduğuna görə iki sürücü saxlanılıb

4 Avqust 2015 14:05 (UTC+04:00)

Bakının Sabunçu rayonunda piyadaların vurulmasına görə, iki sürücü saxlanılıb. Movqe.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Firdovsi Xəlilovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən "Range Rover" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Əbülfəz Abdullayev saxlanılıb.

Həmçinin Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşad Vəlizadəni xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "VAZ-2106" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Fəxrəddin Dadaşov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.