"İspaniya çempionu olmaq üçün həyatımı verərdim"

4 Avqust 2015 14:10 (UTC+04:00)

"Atletico"nun hücumçusu Fernando Torres qarşıdakı mövsümndən gözləntilərini açıqlayıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, ispaniyalı forvard Madrid klubu ilə çempion olmaq arzusunu dilə gətirib.

"Mənim hələ də qazana bilmədiyim mükafatlar var. Əsas da çempionluq titulu. "Atletico" ilə İspaniya çempionluğu yaşamaq əla olardı. Buna görə hər şeyə hazıram. Buna nail olmaq üçün həyatımı və malik olduğum hər şeyi verərdim. İndi özümü çox yaxşı hiss edirəm. Yüksək səviyyədə oynamaq üçün böyük həvəsim var. Hələ karyeramı bitirmək istəmirəm. Qarşıdakı illəri "Atletico"da oynamaqla keçirmək istəyirəm. Azarkeşlərin öz sevincini mənimlə bölüşməsini istəyirəm. Yenidən 9 nömrəli forma ilə çıxış edəcəyimə görə şadam. Dəqiq bilirəm ki, növbəti mövsüm xüsusi olacaq".