ABŞ: PKK hücumu dayandırsın, Türkiyə lazımi gücdən istifadə etsin

4 Avqust 2015 14:27 (UTC+04:00)

ABŞ Xarici İşlər Nazirliyi PKK-ya hücumlarına son verməyə, Türkiyəyə isə lazımı gücdən istifadə etməyə çağırış etdi. Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xarici işlər nazirliyi sözçüsü Mark Toner, gündəlik mətbuat konfransında mövzuya bağlı suallara verdiyi cavabda, "PKK-nın hücumlarına son verməsini və türk hökumətindən də lazımi gücdən istifadə etməsini istəyirik", ifadələrini işlədib. PKK-nın hücumlarına qarşı Türkiyənin özünümüdafiə haqqı olduğunu bildirən Toner, "PKK-nın şiddətdən imtina etməsini və türk hökuməti ilə danışıqlara yenidən başlamasını istəyirik", deyə əlavə edib. Şimali İraqda PKK-ya qarşı təşkil edilən əməliyyatlarda sivil vətəndaşların həyatlarını itirildiyi iddialarına cavab olaraq Toner vətəndaş itkilərini görmək istəmədiklərini və bu mövzuda olan xəbərlərə çox ciddi yanaşdıqlarını qeyd etdi.