Dənizdə boğulanların sayı artır

4 Avqust 2015 14:48 (UTC+04:00)
Dünən bir nəfər dənizdə, bir nəfər isə göldə çimərkən boğulub. Movqe.az DİN-in saytına istinadən xəbər verir ki, Səbail rayonu ərazisindəki Bibiheybət çimərliyində Bakı şəhər sakini Kamran Rəhimli dənizdə çimərkən boğulub.

Digər bir boğulma hadisəsi isə Bərdə rayonunda baş verib. Nazırlı kənd sakini Nicat Həsənov kəndin ərazisindəki göldə çimərkən boğulub. Hər iki meyit sudan çıxarılıb.