Metropoliten vahid kart sisteminə keçir

4 Avqust 2015 18:23 (UTC+04:00)
Avqustun 6-da, saat 11:00-da Bakı Metropoliteninin "28 May" stansiyasının ikinci çıxışında metroda vahid karta keçidlə bağlı təqdimat olacaq. 

Movqe.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Nəsimi Paşayev bildirib ki, vahid karta keçidin təfərrüatları barədə məlumat veriləcək.