Abid Şərifov Misirə səfər edəcək

4 Avqust 2015 19:10 (UTC+04:00)

Azərbaycan baş nazirinin müavini Abid Şərifov Misirə səfər edəcək. Bu barədə Movqe.az-a diplomatik mənbələrdən məlumat verilib.

Belə ki, Abid Şərifov avqustun 6-da Misirdə Süveyş kanalının yeni xəttinin açılış mərasimində iştirak edəcək.

Qeyd edək ki, yeni xəttin uzunluğu 72 kilometr, eni 24 metr təşkil edəcək. Yeni kanal əvvəlki xəttin yüklənməsi səbəbindən inşa edilib. Yeni Süveyş kanalının Misir büdcəsinə ildə 13 milyard dollar gətirəcəyi planlaşdırılır.