UEFA "Fenerbahçe"ni məyus etdi

4 Avqust 2015 22:00 (UTC+04:00)

UEFA "Fenerbahçe"nin "Shakhtar"un futbolçusu Fredin qanında dopinq tapılması barədə şikayətinə baxıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, qurum "sarı lacivərdlilər"in matçın nəticəsinə dair müraciətini təmin etməyib.

Qeyd edək ki, Amerika kuboku zamanı braziliyalı yarımmüdafiəçi Fredin qanından götürülmüş nümunədə dopinq aşkar edilmiş və təkrar müayinə də bunu təsdiqləmişdi. UEFA Fredin COMNEBOL tərəfindən diskvalifikasiya olunmadığını da bildirib.