Məşhurların gözəllik sirləri: Üz dərisinin təmizlənməsi üçün unikal aparat

5 Avqust 2015 11:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bir sıra ulduzların sevimlisi olan HydraFacial üz təmizlənməsi istiqamətində ən yaxşı aparatlardan biri hesab olunur.

Nəticəsi ilk seansdan sonra hiss olunan bu aparatın malik olduğu əsas xüsusiyyətlərdən biri onun çoxfunksiyalı olmasıdır: dərini bərpa edir və dərindən təmizləyir, vitamin və antioksidantlarla zənginləşdirir. Məhz buna görə bir seans ərzində müxtəlif prosedurlar həyata keçirilir: dərindən təmizləmə, problemli dəriyə qulluq, hidromexaniki pilinq, üzün massajı, inyeksiyasız "mezoterapiya" və almaz pilinqi (dərinin cilalanması).

Məşhurların gözəllik sirləri: Üz dərisinin təmizlənməsi üçün unikal aparat

Bundan əlavə, üz HydraFacial ilə təmizlənən zaman heç bir ağrı və narahatlıq hiss olunmur. Sözügedən texnologiya hər növ dəri üçün uyğundur və yaş, tətbiq məhdudiyyəti yoxdur. HydraFacial ilin istənilən mövsümündə istifadə oluna bilər.

Məşhurların gözəllik sirləri: Üz dərisinin təmizlənməsi üçün unikal aparat