Dolların qiyməti yenidən dəyişdi

5 Avqust 2015 11:35 (UTC+04:00)
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Movqe.az-ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1.1482 manatdan 1.1405-a kimi düşüb.  ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində ötən həftədəki nisbi sabitlikdən sonra bahalaşma qeydə alınıb. Dollar 1.0495-dən 1.0499-a qalxıb.  Rus rublunun məzənnəsində bahalaşma qeydə alınıb. Rubl 0.0165-dən 0.0167-yə qalxıb. Mərkəzi Bankın İdarə Heyyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi" də deyilir) həyata keçirilib.