"Messini tənqid edənlərin futboldan danışmağa haqqı yoxdur"

5 Avqust 2015 11:05 (UTC+04:00)

Argentina millisinin baş məşqçisi Xerardo Martino Lionel Messinin tənqidlərə görə milli karyerasını bitirməyə haqqı olduğunu düşünür. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis bunları söyləyib:

"Heç kim deməyib ki, Messi yoldaşlıq görüşlərində oynaya bilməz. Nə Messinin özü, nə də Argentina Futbol Federasiyasının prezidenti bu barədə bir söz deməyib. Belə məsələlər haqqında danışmaq təhlilə layiq olmayan söz-söhbətlərə rəvac verir. Messini tənqid edənlərin futboldan danışmağa haqqı yoxdur. Messinin milli karyerasını bitirmə ehtimalı haqqında fikirlər məni məyus edir. Onun yerində olsaydım, millidə oynamaqdan çoxdan əl götürmüşdüm".