Bakıda Azərbaycan–Qırğızıstan Gənclərinin Birinci Forumu keçiriləcək
29 Sentyabr 2012 20:32 (UTC+04:00)
Sentyabrın 30-dan oktyabrın 5-dək Bakı şəhərində "Azərbaycan –
Qırğız Gənclərinin Birinci Forumu" keçiriləcək. Gənclər və İdman
Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə,
forum GİN ilə Qırğızıstanın Gənclər, Əmək və Məşğulluq Nazirliyi
arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında sazişə
uyğun olaraq təşkil edilir.
Forumun proqramına əsasən iştirakçılara Azərbaycanda gənclər
siyasəti sahəsində görülən işlər haqqında ətraflı məlumatların
verilməsi, iki ölkə gənclərinin iştirakı ilə müxtəlif mövzularda
müzakirələrin aparılması, Bakı şəhərində yerləşən tarixi-mədəni
obyektlərlə tanışlıq məqsədilə gəzintilərin və Qusar rayonuna
səfərin təşkil edilməsi nəzərdə tutulub.