Dondurma haqqında bilinməyənlər

5 Avqust 2015 18:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, yaz aylarında ən çox qəbul etdiyimiz qidalardan biri də dondurmadır: şirindir, soyuqdur, yayın bürkülü havasında bir dondurma çiyərlərimizə necə bir sərinlik gətirir. Uşaqlar da ki demə, heç doymaq bilməz. Amma dondurmalar faydalı olduğu kimi, bəzən zərər da gətirə bilir. Odur ki, diqqətli olmalıyıq. Bəs yaxşı dondurmalar hansılar hesab olunur?


Qatqısız dondurmaların faydaları


Qida dəyərləri nəzərə alaraq, qatqısız təbii bir dondurma, südə görə 3-4 qat daha çox yağ, təxminən yüzdə 15 daha çox zülal və 3-4 qat daha çox karbohidrat daxildir. Eyni zamanda qatqısız bir dondurma, sümüklərin başlıca mphkəmləndiricilərindən olan kalsium və fosfor cəhətdən olduqca zəngindir. Süddəki kalsium və fosfor miqdarı süddən daha çox olur: 100 qram dondurma 135 mg kalsium olarkən, süddə bu miqdar 115 mg-dır.


Sənaye üsulu ilə hazırlnan dondurmalar


Sənaye üsulu ilə istehsal edilən dondurmaların istehsalında istifadə vəsaitlərinə fikir versək, dondurmanın istehsalında süd və ya süd tozunun yanında: şəkər, qlükoza siropu kimi şirin maddələr, bitki mənşəli yağ və süd yağı; növünə görə şokolad, kakao, meyvə, qoz-fındıq-fıstıq, karamel kimi qidalar, səhləb və s. aromalar tapılar. Qəbul etdiyiniz dondurmanın içində, süddən daha çox süd tozu, meyvədən daha çox dadlandırıcılar varsa,bu dondurmanın faydalarından çox zərəri var. Çünki bu cür dondurmaların bizə verdiyi "ləzzət" daha çox qatqı maddələri və dadlandırıcılar hesabına olacaq.


Zəifləmək istəyənlərə dondurma da kömək edir


Yaz aylarında arıqlamaq istəyən və ya formasına diqqət edən fərdlərin, gündəlik qidalanma planlarında həddindən çox olmamaq şərti ilə dondurma yeməsi uyğundur. Dondurmanın kalori dəyəri paxlava, tort kimi xəmirli şirinlərə nisbətdə daha aşağıdır və daha qidalı bir seçimdir. Sağlam və balanslı bir qidalanma proqramında həftədə 1-2 dəfə dondurma yeyilməsi məsləhət görülür.


Uşaqlar və dondurma


Təbii və qatqısız dondurma süd, qatıq, pendir kimi qidaları sevməyənlər üçün yaxşı bir variantdır. Xüsusilə uşaqlarda kalsiuma ehtiyac çoxdur, ona görə də uşaqlara dondurma verilməsi məsləhətdir. Ancaq uşağınızın bir yaşı tamam olmayıbsa və bütün qidalarla tanış olmamışsa ( yəni hər cür meyvəni qəbul edərkən problemləri olmayıb ki), dondurma yeməsində diqqətli olmalısınız. Belə etsəniz, uşağınızda olan qida allergiyalarının qarşısını almaq mümkün olur. Gündə 100 qramdan daha çox dondurma yemək uşaqlarda köklüyə səbəb ola bilər. Xüsusilə ana və atalar uşaqlarının dondurma yeməsinin nəzarət altında tutması faydalı olar.


Dondurmanı necə yeyilməli?


Tənəffüs infeksiyası zamanı udlaq və badamcıq iltihablarının müalicə müddətində dondurma yeyilməməlidir. Dondurma açqarına yeyilərsə, iştahanı pozar. Dondurmanı soyuq olduğu üçün birdən udmaq mədə kramplarına və sıxılmalarına səbəb olur. Ən doğrusu, dondurmanın ağızda əridilərək yavaş qəbul edilməsidir.