Türkiyə və İran İŞİD ilə mübarizə üsulları axtarır

5 Avqust 2015 14:50 (UTC+04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif avqustun 7-də Türkiyəyə səfər edəcək. Movqe.az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.


O deyib ki, səfər zamanı tərəflər bir sıra regional məsələləri, həmçinin İŞİD terror təşkilatı ilə mübarizə üsullarını müzakirə edəcəklər.


M.Çavuşoğlunun sözlərinə görə, İran və Türkiyə arasında İslam dünyasına təhlükə yaradan İŞİD terrorçuları ilə mübarizə məsələsində fikirayrılığı yoxdur.