Azərbaycan filmi Belarusun ən çox izlənilən kanalında nümayiş etdirilib

5 Avqust 2015 18:50 (UTC+04:00)

"Babək" filmi Belarusun ən çox izlənilən "Беларусь 3" kanalında (rus dilində) iki gün ardıcıl olaraq nümayiş etdirilib. Bu barədə Movqe.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

"Belarusun aparıcı telekanallarında və mətbuatında mütəmadi olaraq Azərbaycan haqqında filmlər və məqalələr yerləşdirilir", - məlumatda bildirilib.

Qeyd edək ki, hər il Belarus Respublikasının müxtəlif qəzet və jurnallarında Azərbaycan haqqında 20-25 məqalə dərc olunur, telekanallarında isə il ərzində 50-52 saat efir vaxtı ayrılır.