ABŞ Türkiyədən Suriya ərazisini bombalamağa başladı

6 Avqust 2015 12:00 (UTC+04:00)

ABŞ Türkiyədən Suriya ərazisinə ilk hava zərbələri endirib. APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı məlumat yayıb. Türkiyə iyulda ABŞ-a özünün hərbi bazalarından İŞİD-in Suriyadakı mövqelərini bombardman etməyə icazə verib. Həmçinin iki ölkə Suriya hökumət qoşunları və "Cəbhət ən Nüsrə" qruplaşması tərəfindən sıxışdırılan müxalif qüvvələr üçün "təhlükəsizlik zonasının" yaradılmasını müzakirə edib.