Bakıda parkda ağacdan asılmış kişi meyiti tapılıb

6 Avqust 2015 12:10 (UTC+04:00)

Bakıda intihar hadisəsi baş verib. Movqe.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. Astara rayon sakini, 1966-cı il təvəllüdlü Oqtay Tanrıverdi oğlu Tanrıverdiyev qəsəbə ərazisində yerləşən 2 saylı yataqxananın parkında ağacdan özünü asıb. Onun meyiti parkda istirahət edən vətəndaşlar tərəfindən aşkarlanıb. O. Tanrıverdiyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.