Bu fotoşəkilin əsli mübahisə yaratdı - FOTOLAR

1 Oktyabr 2012 14:39 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, son dövrlər gözəlliyi ilə gündəmdə olan manekenlərindən biri, Karlıya Kloss çöldə qalan qabırğaları ilə yenidən müzakirə oyektinə çevrilib.
Beynəlxalq moda jurnalı olan "Numero"nun oktyabr sayı üçün obyektiv qarşısına keçən 20 yaşlı Klossun çılpaq fotoşəkili ilk baxışda görənlərdə heyranlıq oyandıracaq kimi görünüb. Kloss, bu fotoşəkildə həqiqətən də təsir edici görünürdü. Ancaq işin əsli sonradan ortaya çıxıb.
Fotoqraf QreQ Kadel, gözəl manekenin bu fotoşəkilinin orjiinalini ortaya çıxarınca yer yerindən oynayıb. Çünki həddindən artıq zəif olan Klossun tək-tək sayılan qabırğa və sinə sümükləri "ağır photoshop əməliyyatı"ndan keçirilib. Modelin ötən ilin dekabr ayında İtalyanın "Vogue" jurnalında nəşr olunan və gerçəyi əks etdirməyən "photoshop"lu görüntüləri də mübahisə yaratmışdı. 1992-ci ildə doğulan Karlıya Kloss 1.80 sm boyundadır və çəkisi 55 kiloqramdır.