Dənizdə köməksiz vəziyyətdə qalan üç nəfəri xilas edildi

6 Avqust 2015 12:32 (UTC+04:00)

Bakı şəhərinin Səbail rayonu ərazisindən rezin qayıqla balıq tutmaq məqsədilə dənizə çıxmış 3 nəfər sahildən 200 m aralıda köməksiz vəziyyətdə qalıb. Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in hadisə yerinə cəlb edilmiş xilasediciləri vətəndaşları xilas edib, qayığı isə yedəyə alaraq sahilə çıxarıblar.