Ən çox qazanan 2-ci aktyor oldu

6 Avqust 2015 14:05 (UTC+04:00)

Forbes, yeni sayında keçən ildən bu yana ən çox pul qazanan aktyorların siyahısını açıqlayıb. Movqe.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə siyahıya bu il ilk dəfə ABŞ bazarının xaricində çalışan aktyorlar da əlavə edilib. Forbesin siyahısında "Iron Man" filminin sevilən ulduzu Robert Dauni illik 80 milyon dollar gəliriylə birinci olarkən, Çinli aktyor Ceki Çan isə 50 milyon dollarlıq  gəliriylə ikinci sırada yer alıb.