Küləkli hava sabah da davam edəcək

6 Avqust 2015 15:15 (UTC+04:00)

Avqustun 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, şimal-qərb küləyinin günün ikinci yarısında mülayimləşəcəyi gözlənilir. Movqe.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin bəzi rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38 dərəcə, dağlıq rayonlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.