Daha bir şirkət "Bank Technique" ilə əməkdaşlığı dayandırdı

6 Avqust 2015 17:40 (UTC+04:00)

"Aqrolizinq" ASC "Bank Technique" ASC ilə əməkdaşlığı dayandırıb. Bankdan APA-ya bu məlumatı təsdiqləyiblər. Qeyd edək ki, "Aqrolizinq" ASC-nin saytında yerləşdirilmiş məlumata görə, bundan sonra quruma bank xidmətlərini "Kapital Bank" ASC göstərəcək. Onu da xatırladaq ki, buna qədər "Bakı Metropoliteni" QSC və Azərbaycanda fəaliyyət göstərən notariat kontorları da "Bank Technique" ilə əməkdaşlığı dayandırıblar.