Biləcəri, Binəqədi, Xırdalan və Masazıra içməli suyun verilməsində fasilələr olacaq
1 Oktyabr 2012 11:45 (UTC+04:00)
Bakı şəhəri Binəqədi rayonu
Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos
stansiyasında yenidənqurma işləri aparılır.
ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən
"APA-ECONOMICS"ə verilən
məlumata görə, bununla əlaqədar olaraq oktyabrın 1-də gün ərzində
Bakı şəhəri Binəqədi rayonunun Biləcəri və Binəqədi qəsəbələrinin,
Abşeron rayonunun Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi
yerlərinə içməli suyun verilməsində fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr
istəyir.