Neftin bahalaşması davam edir

1 Oktyabr 2012 11:50 (UTC+04:00)
Sentyabrın 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,34 dollar və ya 0,4% artaraq 1 barelə görə 92,19 dollar təşkil edib.

"APA-ECONOMICS"in məlumatına görə, sentyabrın 28-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,38 dollar və ya 0,3% artaraq 112,39 dollar olub.