Azərbaycan nefti 3% ucuzlaşıb

7 Avqust 2015 11:20 (UTC+04:00)

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,38 dollar yaxud 2,67% ucuzlaşıb. Bu barədə Movqe.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,32 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 54,02, dünən isə 51,70 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.