“LUKoil” “Şahdəniz”in maliyyələşdirilməsinə kredit aldı

7 Avqust 2015 12:10 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişaf Bankı (AİB) Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" yatağının işlənməsi üzrə ikinci mərhələnin həyata keçirilməsi üçün "LUKoil" şirkətinə 1 milyard dollar həcmində kredit ayrılmasını təqdim edib.


Movqe.az-ın məlumatına əsasən, kredit üzrə sazişin imzalanma mərasimi bu gün Bakıda keçirilib.