Obama: "Türkiyə PKK yox, İŞİD-lə savaşmalıdır"

7 Avqust 2015 13:20 (UTC+04:00)

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Barak Obama deyib.

 

O, Ağ Evdə keçirdiyi mətbuat konfransında Türkiyə rəhbərliyi ilə İŞİD-in bölgədəki ən böyük təhlükə olması barədə müzakirələr apardığını bildirib:

 

"Türkiyə əməliyyatları PKK-ya qarşı yox, İŞİD üzərinə fokuslaşdırmalıdır. Türkiyənin PKK-nın hücumlarına qarşı özünümüdafiə haqqı var. Lakin hazırda ən böyük problem sərhədlərindən xarici döyüşçülərin İŞİD-ə qatılmasını əngəlləməkdir".