İranın xarici işlər naziri Moskvaya səfər etmək niyyətindədir

7 Avqust 2015 16:00 (UTC+04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvaya səfər edəcək, lakin səfərin dəqiq tarixi hələ məlum deyil.

Movqe.az "Report"-a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfirliyindəki mənbə RİA "Novosti"yə məlumat verib.

"Səfər baş tutacaq, lakin onun vaxtı hələ məlum deyil", - agentliyin nümayəndəsi deyib.

Bir qədər əvvəl, Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Tehrana səfəri zamanı bildirmişdi ki, Moskvada Zərifin səfərini gözləyirlər.