Azərbaycan bu il 360 kq gümüş idxal edib

7 Avqust 2015 16:20 (UTC+04:00)

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycana 227,2 min ABŞ dollar dəyərində 360 kq gümüş idxal olunub. Bildirək ki, 2013-cü və 2014-cü illərin müvafiq dövründə isə gümüş idxalı həyata keçirilməyib.

Movqe.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ölkədən 25 min dollar dəyərində 47,1 kq gümüş ixrac olunub ki, bu da gümüş ixracında dəyər ifadəsi ilə 5 dəfə azalma deməkdir. Belə ki, 2014-cü ilin birinci yarısında ölkədən 127,6 min dollar dəyərində 195,7 kq gümüş ixracı həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanda gümüş hasilatı illik 76,2% azalaraq cari ilin birinci yarısında 46,5 kq təşkil edib.