"Neft Daşları" yatağında daha bir quyu istismara verilib

7 Avqust 2015 16:40 (UTC+04:00)

"Neft Daşları" yatağındakı 2 595 nömrəli stasionar dəniz özülündə 2 585 nömrəli quyu qazmadan sonra istismara verilib. Bu barədə Movqe.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 2 264-2 249 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.