Azərbaycanda problemli kreditlərin payı bu il 1,1 faiz bəndi artıb

7 Avqust 2015 17:50 (UTC+04:00)

Azərbaycanda vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 6,6%-ə yüksələrək 2015-ci il iyulun 1-nə nominal ifadədə 1 338,7 mln. manat təşkil edib.

Bu barədə Movqe.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Qeyd edək ki, bu ilin iyunun 1-nə bu göstərici 6,4%-ə bərabər olub. İlin əvvəlində isə vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə payı 5,3% olub.