Bakının iki böyük prospektini birləşdirən yolda yeni asfaltın döşənməsinə başlanılır

7 Avqust 2015 19:00 (UTC+04:00)

Bakı şəhərinin iki böyük prospekti - Nobel və Babək prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində təmir işləri davam etdirilir. Ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilən quyular bərpa olunur, köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq, hazır vəziyyətə gətirilir.

Bunu Movqe.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, indi səth sularının normal kənarlaşması üçün yağış-kanalizasiya sistemi qurulur və bundan sonra yağış barmaqlıqları quraşdırılacaq. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.