Azərbaycan futbolu tarixində 4-cü komanda

7 Avqust 2015 20:00 (UTC+04:00)

"Qəbələ" Azərbaycan futbolu tarixinə pley-offa çıxan 4-cü komanda kimi düşüb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Avropa Liqasının III təsnifat mərhələsində Kiprin "Apollon" klubunu mübarizədən kənarlaşdıran (1:1, 1:0) "qırmızı-qaralar" 2009/10 mövsümündən indiki formatda keçirilən yarışda ilk dəfə pley-offa yüksəlib Bununla da əyalət klubu "Bakı", "Qatabağ" və "Neftçi"nin ardından pley-offa çıxan 4-cü komandamız olub. Sonuncular 2, paytaxtın eyniadlı təmsilçisi 1, Ağdam klubu isə 5 dəfə bunu bacardığından "Qəbələ" ümumilikdə 9-cu pley-offumuzu gerçəkləşdirəcək. Bunlardan 4-ü Çempionlar Liqasından Avropa Liqasının pley-offuna yuvarlananlardı. "Bakı" (2009/10), "Neftçi" (2012/13), "Qarabağ" (2014/15., 2015/16) qitənin ən nüfuzlu klub turnirindən gələnlərdi. "Qəbələ"yə qədər Avropa Liqasında mübarizə aparıb, pley-offa yüksələnlər isə "Qarabağ" (2009/10, 2010/11, 2013/14) və "Neftçi" (2014/15) olmuşdu. Ümumiyyətlə isə ilk pley-offçumuz 2009-cu ildə Çempionlar Liqasında uduzub, Avropa Liqasına yollanan "Bakı" olub. Həmin mövsüm "Qarabağ"da bu mərhələyə yüksəlib. 6 il sonra – ötən mövsüm yenə 2 komandamız pley-offda çıxış edib. Cari mövsümdə də bu uğur təkrarlanıb. Ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə iki komandayla mübarizə aparacağımız mərhələyə yalnız 1 dəfə - 2011/12 mövsümündə həsrət qalmışıq. Onda heç bir komandamız bu qədər irəliləməyib.