Afaq Bəşirqızının 60 illik yubileyi keçiriləcək

7 Avqust 2015 21:00 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin ikinci yarısında bir sıra tanınmış incəsənət xadimlərinin yubiley gecələri təşkil olunacaq.


Movqe.az nazirliyə istinadən məlumat verir ki, 2015-ci ilin oktyabr ayında xalq artisti Afaq Bəşirqızının 60 illiyinə həsr olunmuş yubiley tədbiri, xalq artisti Bəşir Səfəroğlunun 90 illiyinə həsr olunmuş yubiley tədbiri, noyabr ayında xalq artisti, görkəmli dirijor Nazim Rzayevin 90 illiyinə həsr olunmuş konsert, xalq artisti, tanınmış rəqqas və baletmeyster Əlibaba Abdullayevin 100 illiyinə həsr olunmuş yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub.


Keçiriləcək yubiley tədbirləri haqqında mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında ətraflı məlumatlar veriləcək.