"Ömür boyu onunla küsülü qalacam" - xalq artisti

7 Avqust 2015 23:00 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, aktrisa yaxın rəfiqəsi ilə küsməyinin səbəbini açıqlayıb:


"Məni tez-tez küsdürürlər. Bilirəm ki, bu zəiflikdir. Amma kompromisə getməyi bacarıram. Hamıya hər şeyi keçirəm. Anamı itirəndə bibisi zəng vurub, "Allah rəhmət eləsin" demədi. Ömür boyu onunla küsülü qalacam. Anamı itirəndə şoka düşmüşdüm. Həmin ərəfədə incidiyim digər insan rəfiqəm oldu. 40 illik rəfiqəm yanıma gəlmədi. Birinci cümə axşamında çağırdım, gəlmədi. İkinci həftə gəldi, yanıma yaxınlaşmadı. Məclisə gələn tanınmışlara yaxınlaşdı, söhbətləşdi. Həmin gündən o mənim üçün adi insan oldu. Küçədə görsəm sadəcə, tanış kimi salam verəcəm. Amma rəfiqə, dost olmaz".