İŞİD Mosulda 2 mindən çox dinc sakini edam edib

8 Avqust 2015 11:30 (UTC+04:00)

"İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri İraqın şimalında yerləşən Mosul şəhərində iki mindən çox insanı edam ediblər.

Movqe.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən AFR məlumat yayıb.

Məlumata görə, insanların qətli şəhərin ötən il terrorçular tərəfindən ələ keçirilməsindən sonra baş verib.

İraq Parlamentinin spikeri Səlim Caburi "Daeş"in (İŞİD-in ərəb dilində adı - red.) iki mindən çox günahsız insanı qətlə yetirməsi barədə məlumatları təsdiq edib.