"Barcelona"nın eks futbolçusu BATE-də

8 Avqust 2015 19:30 (UTC+04:00)

Aleksandr Qleb ikinci dəfə BATE klubuna transfer olunub. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bir müddət "Barcelona" və "Arsenal"ın da şərəfini qoruyan Belaruslu futbolçu Borisov təmsilçisi ilə müqavilə imzalayıb. Müqavilənin detalları açıqlanmır.

Qleb 1998-2000 və 2012-2013-cü illərdə BATE-nin heyətində 3 dəfə Belarus çempionu olub.