Filmlərimiz müsəlman kino festivalında

8 Avqust 2015 21:00 (UTC+04:00)

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, festival proqramına 25 ölkədən tammetrajlı və qısametrajlı bədii, sənədli və animasiya olmaqla 50 film daxildir.Azərbaycan istehsalı olan "Bakı sübhdən günbatanadək" filmi festivalın "Tammetrajlı sənədli filmlər" kateqoriyasında, "Köhnə saat" cizgi filmi isə "Animasiya filmləri" kateqoriyasında təqdim ediləcək.

"Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filmi Polşa kinematoqrafçılarının iştirakı ilə "Dünya sübhdən günbatanadək" beynəlxalq layihəsi çərçivəsində hazırlanıb.

Layihənin Azərbaycandakı tərəfdaşı "Azanfilm"in istehsal etdiyi "Köhnə saat" cizgi filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanova, prodüseri Fariz Əhmədovdur.