Gözəllik müsabiqəsində bacılar uğur qazanıb

1 Oktyabr 2012 15:29 (UTC+04:00)
Movqe.Az bildirir ki, Livanda təşkil edilən "Miss Livan 2012" müsabiqəsində hələ heç bir yerdə görünməmiş hadisə yaşanıb. Belə ki, əkiz bacılardan Rina Şibani birinci, Romi isə ikinci yerin qalibi olub. Livan LBC televiziyası tərəfindən təşkil edilən  gözəllik müsabiqəsinə ölkənin müxtəlif  bölgələrindən 16 iştirakçı qatılıb. Müsabiqəyə Livanın Beka vadisindəki  Zahle qəsəbəsindən qatılan 21 yaşlı Rina Şibani birinciliyi əldə edərkən, əkiz bacısı Romi Şibani isə ikinci yerə layiq görülüb.