İraqda vitse-prezident və baş nazirin müavini vəzifələri ləğv edilib

9 Avqust 2015 16:00 (UTC+04:00)

İraqın baş naziri Heydər əl-Abadi vitse-prezident və baş nazirin müavini vəzifələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Movqe.az "Reuters"ə istinadən xəbər verir ki, qərar dərhal qüvvəyə minib.

Sözügedən postların hansı səbəbdən ləğv edilməsi barədə məlumat verilmir.