"Milan" Balotellidən imtina edib

9 Avqust 2015 23:00 (UTC+04:00)

"Liverpool" özünü doğrulda bilməyən Mario Balotellini "Milan"a təklif edib. Lakin "rossoneri" keçmiş oyunçusunun transferindən imtina edib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə CNN kanalının idman müxbiri Takinardi Palmieri məlumat yayıb. Onun sözlərinə görə italyan hücumçu Çempionlar Liqasında çıxış edən kluba keçmək istəsə də, onun agenti Mino Rayola İtaliya və İngiltərədən gələn təklifləri nəzərdən keçirir.