ABŞ-ın Türkiyədəki konsulluğuna silahlı basqın olub

10 Avqust 2015 11:30 (UTC+04:00)

Basqın edənlərdən biri kişi, o biri qadın olub

İstanbulun Sarıyer rayonundakı ABŞ konsulluğunun binasına silahlı basqın edən qadın təslim olub. Movqe.az xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb. Xəbərdə bildirilib ki, qadın həmin rayondakı bir evə sığınıb. Polisin keçirdiyi əməliyyat nəticəsində o, təslim olub.

Polis ərazidə əməliyyatları davam etdirir.