Bakıda şadlıq evində zəhərlənmə- Hazır yeməklərin çirkləndiyi üzə çıxıb

10 Avqust 2015 11:43 (UTC+04:00)

Paytaxtda yerləşən "Zəngəzur" şadlıq sarayında baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Bu barədə Movqe.az-a Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib. İ. Abdullayev bildirib ki, ilkin ehtimallara görə, zəhərlənmə hazır qidanın çirkləndirilməsi üzündən baş verib: "Hələki araşdırma davam edir. Dünən biz axşama qədər bu şadlıq evində müayinələr aparmışıq. İlkin ehtimala görə, zəhərlənmə hazır qidanın çirkləndirilməsi səbəbindən baş verib. Amma yenə də müayinələr davam etdirilir. Belə güman edilir ki, zəhərlənmə paytaxt salatı və toyuq ətinin hazırlandıqdan sonra çirklənməsi üzündən baş verib. Günün sonuna kimi yəqin ki, müayinələrin nəticəsi bəlli olacaq".

Xatırladaq ki, Bakıda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib. Binəqədi rayonunda yerləşən "Zəngəzur" şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət edib. Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilb. Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Xəstələrin hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür.