34 mindən çox abituriyent ixtisas seçimi edib

10 Avqust 2015 12:26 (UTC+04:00)

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)  Movqe.az-a verilən xəbərə görə, bu gün saat 11.05-ə olan məlumata görə 34 536 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsinə daxil edib təsdiqləyib.  Qeyd edək ki, ixtisas seçimi 11 avqust saat 00.00-dək davam edəcək.  İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.