Ötən ay elektron imza istifadəçilərinin sayı 1,4% artıb

10 Avqust 2015 12:36 (UTC+04:00)

Rabitə və Yüksək Texnologiyalara Nazirliyindən Movqe.az-a verilən məlumata görə, iyul ayında e-imza istifadəçilərinin sayı 501 nəfər artıb.

Ötən ay vətəndaşlara 34, dövlət qurumlarına 336, hüquqi şəxslərə isə 131 elektron imza verilib.

Hazırda ümumilikdə e-imzaya sahib vətəndaşların sayı 7 629-a, dövlət qurumlarının sayı 21 201-ə, hüquqi şəxslərin sayı isə 6 268-ə çatıb.